“Keyxanım” ləqəbli aktrisa Ülviyyə Əliyevanın keçmiş həyat yoldaşı aktyor Hüseyn Əlili ikinci dəfə ata olacaq.
Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, ikinci həyat yoldaşı ilə “Düzünü desək” verilişinin kamerası qarşısına keçən aktyor xoşbəxt olduğunu deyib:
“Həyat yoldaşım Gəncədəndir. Valideynlərim qatarla 365 kilometr yol gedib qızı istədilər. Pis kürəkən deyiləm. Aktyorlar milyoner olmurlar. Çalışıram ailəm üçün qazanıb ehtiyacları ödəyim. Bir övladım var. Bir neçə aydan sonra ikinci övladım da dünyaya gələcək. Çox xoşbəxtəm”.
Aktyorun həyat yoldaşı, aktrisa Gültac Əlili hələ də onu qınadıqlarını etiraf edib:
“O mənim həyatda dostumdur. Ailə quranda valideynlərimə Hüseynin bir dəfə evli olduğunu demək çətin idi. Anam üç ay mənimlə danışmadı. Atam verdiyi sözün üstündə durdu, öz seçimimlə ailə qurmağıma razı oldu. El qınaqları indiyə kimi də davam edir. Onunla ailə quranda maşını yox idi, evi də təmirsiz idi. Hər şeyi əl-ələ verib etdik. Hələ nişanlıykən pullarımızı yığdıq, toy xərclərini ödədik”.
Qeyd edək ki, Ü.Əliyeva keçmiş həyat yoldaşı Hüseyn Əlilinin ona xəyanət etdiyini və buna görə ayrıldığını bildirmişdi.