Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
:1200.jpg)
“Kişi ol”: Balaca Əhmədi bir də belə tanıyın - FOTO/VİDEO
Baxımlı serialların ssenaristi və özünü müxtəlif obrazlarda aktyor kimi sınayan Valeh Əhmədov bu dəfə tamaşaçıların qarşısına bədii filmlə çıxmağa hazırlaşır. Həm ssenari müəllifi, həm də rejissoru olduğu “Kişi ol” adlı film dram janrında izləyicilərin öhdəsinə veriləcək.
Oxu.Az xəbər verir ki, premyerası bu gün axşam saatlarında baş tutacaq ekran əsəri müasir həyatın içindən gələn mövzunun tamaşaçıların ürəyincə olacağı gözlənilir.
Filmin çəkilişləri Bakı və Azərbaycanın dilbər guşəsi sayılan İsmayıllı rayonunda baş tutub.
“Kişi ol” filmində Xalq artistləri Həmidə Ömərova, Qurban İsmayılov, tanınmış aktyorlar Tural Baxış, Fəridə Şahbazova, Kamil Nazim, Aysel Nasir, Xatirə Süleymanova, Flora Hüseynli, Vaqif Kərimov, Elvin Ağayev, Elsevər Mehdizadə, Sənan Əlləz, Əli Əlizadə, Cavanşir Məhərrəmov, Namiq Məna, Erkin Ergin, Sabir Samiroğlu, Namis Şirməmmədov və digərləri rol alıblar.
“Kişi ol” ekran əsərində diqqət çəkən məqamlardan birisi isə balaca olmasına rəğmən öz istedadını və bacarığını nümayiş etdirən Əhməd Sadiqzadədir. Filmdə Əhməd əsas qəhrəmanlardan biri olan Mübarizin oğlu Əlini canlandırıb.
Rəşad Əliyev
"Bakı" teqi üzrə xəbərlər
- Manuela Traldi: "Azərbaycanın biznesə yanaşması beynəlxalq səviyyədə tanınmağa layiqdir"
- Bakıda yaşayış binasında güclü yanğın olub
- Bakının hansı küçələrində sıxlıq var? - 25.02.2025
- Paytaxtın bəzi yollarında baş verən qəzalara görə sıxlıq yaranıb - SİYAHI
- Nostaljidən sevincə - Bakının qış MƏNZƏRƏSİ