“Kızkaçıran” filmi ilə bəyənilən azəri gözəl Könül Nağıyeva Azərbaycandan Türkiyəyə transfer olub.
Oxu.Az xəbər verir ki, azərbaycanlı aktrisa haqqındakı bu sözlər Türkiyənin “Sözcü” portalında yer alıb.

““Kızkaçıran” mənim üçün unudulmayacaq layihələrdən biri oldu. Bundan sonra Türkiyədə gözəl layihələrdə iştirak etmək istəyirəm”,-deyə Nağıyeva müsahibəsində bildirib.

Qeyd edək ki, ekran əsərində Könül Nağıyeva ilə yanaşı azərbaycanlı aktyor Kamran Ağabalayev də rol alıb. Nağıyeva ərini izləyən qısqanc qadın obrazında, Ağabalayev isə toya qədər qaçırılan Gül adlı qızla evlənməyə hazırlaşan kişi rolundadır.
:640.jpg)
Komediya filmində eyni zamnada Emir Benderlioğlu, Çeren Benderlioğlu, Yüksel Unal, Aydan Burhan çəkiliblər. Filmin rejissoru və ssenari müəllifi Korhan Uğurdur.
Aktrisa noyabr ayında çəkilişlərinə başlanılacaq bir əcnəbi filmdə baş rolu ifa edəcəyini də sözlərinə əlavə edib.
Aytən Sadıqzadə
www.oxu.az