Müğənni Könül Kərimova sevgidən danışıb.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, “Solo” verilişinə qonaq olan sənətçi həyatında sevginin böyük rol oynadığını deyib:
“Sevgi çox vacibdir. Onsuz qadın kobudlaşır. Sevgidə ünvan önəmli deyil, əsas onu yaşamağı bacarmaqdır. Hər zaman özüm kimi olmağa çalışmışam. Bəzən səhnədə hansısa mahnıya görə rola girirəm, ancaq bütün həyatım boyu rola girib, yaşaya bilmərəm, ölərəm, sonum gələr.
Özüm olmasam, ürəyim partlayar. Mənə hər zaman deyirlər ki, heç dəyişmirsən, olduğun kimi qalmısan. Bu, səmimilikdəndir. Mən gözəl qadın olmamışam. Zamanla öz üzərimdə işləyib, indiki halıma düşmüşəm”.