Müğənni Könül Kərimova Bodrumda ev alıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni Könül Kərimova açıqlamasında Bodrumdakı evlərin qiymətinin 3,5 milyon manatdan baha olduğunu bildirib.
“Bodrumdan ev almışam, hal-hazırda sənədləşmə işləri gedir.
Orda evlər çox bahadı. Mən müəyyən şərtlər və güzəştlərlə evi hər il istirahət etmək üçün 15 günlüyünə almışam.
Ev aldığım şirkət Türkiyə ilə Azərbaycanlı iş adamlarının birgə layihəsidi. Mən həmin şirkətin siması olacam.
Bülent Ersoy, Tarkan kimi xarici məşhurlarla yanaşı, azərbaycanlı məşhurlarla da qonşu olacam”.