Xalq artisti Könül Xasıyeva “5/5” verilişində maraqlı açıqlama verib.
Oxu.Az xəbər verir ki, xanəndə martın 17-də Heydər Əliyev Sarayında verəcəyi konsertdən sonra Bakıdan köçəcəyi haqda danışıb.
“Yarım əsr yaşadım, daha bəsdir. Yaxşı və gözəl yaşadım. Konsertdən sonra köçəcəyəm rayona. Dağlar qoynunda yaşayacağam. Hökumətimiz atamın rayondakı evini təmir edib, hər şəraiti var, rahatdır. Oğlum Kazımla birlikdə gedəcəyəm anamın yanına. Onu tək qoymayacam”, - deyə o vurğulayıb.
Qeyd edək ki, xalq artisti K.Xasıyeva bir müddət əvvəl atasını itirib.
Rəşad Əliyev