Britaniyanın məşhur “Love” jurnalı Yeni il təqvimi üçün ulduzların video-çarxlarını hazırlamaqda davam edir.
Oxu.Az xəbər verir ki, bu dəfə dərginin qonağı Moldova əsilli model Kseniya Deli olub.
“Playboy” ulduzu video-görüntüdə alt geyimində Castin Biberin ifasında “What do you mean?” mahnısının sədaları altında rəqs edir.
Xatırladaq ki, bundan əvvəlki video-çarxlarda İrina Şeyk, Eşli Qrem, Bella Hadid və digər dünyaca məşhur modellər yer alıblar.