Ermənistanın Boks Federasiyasının (EBF) prezidenti Artur Gevorgyan erməni boksçularının Bakıda keçiriləcək Olimpiya dünya ixtisaslaşma yarışına qatılmalarının böyük sual altında olduğunu bildirib, Oxu.Az xəbər verir.
“Bizim Bakıda çıxış etməkdə təcrübəmiz var. Lakin hazırda siyasi durum və sərhəddəki gərginlik ciddi narahatçılığa səbəb olur, - deyə A.Gevorgyan Ermənistan MOK-un rəsmi saytına müsahibəsində bildirib.
“Bizim Bakıya səfərimiz böyük sual altındadır. Biz əsas gücümüzü İstanbulda keçiriləcək Avropa ixtisaslaşma yarışına yönəldəcəyik.
Düşünürəm ki, oradan Olimpiya vəsiqələri ilə qayıdacağıq”, - deyə A.Gevorgyan bildirib.
Bakıda yarış 7-19 iyunda keçiriləcək.
F.H.
www.oxu.az