ATV kanalında yayımlanan “Öz aramızda” verilişində qarşıdurma baş verib.
Oxu.Az xəbər verir ki, Gecce.az-ın məlumatına görə, aktrisa Kübra Əliyeva Cavanşirə sənin ailən nümunəvi ailədir, amma səndə də sürüşmələr olur deməsi, Cavanşir Məmmədovu çilədən çıxarıb.
“Xeyr sürüşmə sizdə ola bilər, məndə yox. Hamının həyatında sürüşmələr olub, tək mənim deyil”.
Cavanşirin cavabı qarşısında özünü itirən aktrisa, ortamı mülayimləşdirmək üçün “Sənin xanımına çox minnətdaram. Onun mədəniyyətinə mən səcdə qılıram” desə də, görünür bu açıqlama Məmmədovu sakitləşdirə bilməyib.
“Siz mənim özümə minnətdar olmalısınız. Çünki evin başçısı mənəm. Xanım nə qədər xanım olsa da, kişi əyridisə, onu saxlamaq mümkün deyil”.