Müğənni Lalə Məmmədova onun şəxsi həyatından yazan kütləvi informasiya vasitələrinə qadağa qoydu.O, həyat yoldaşından boşanması barədə yazılan məlumatlara görə belə qərara gəlib.
Oxu.Az xəbər verir ki, müğənni bu barədə şəxsi Facebook səhifəsində yazı paylaşıb. Həmin məlumatı olduğu kimi sizə təqdim edirik:
“Hörmətli TV-radio, media, KİV nümayəndələrinin nəzərinə! Hər 1 insanın həyatı enişli-yoxuşlu, işiqlı-qaranlıq təzadlarla doludur. Verilişlərin birində həyatımın hansısa bir fraqmenti haqqında səmimi söhbət etmişəmsə bu “boşanmaq, ayrılmaq” anlamına gəlməməlidir. Biz insanlar heç bir şeydən sığortalanmamışıq. Yazını yazan jurnalistlər öz sənətlərinə hörmət edib məlumatı dəqiqləşdirib sonra geniş kütləyə çatdırmalıdırlar”.
Əməkdar artisit eləcə də, bu cümlələrlə yazısını tamamlayaraq bildirib:
“Nəzərinizə çatdırıram ki, bu gündən etibarən informasiya saytlarında, tv maqazin verilişlərində, radio proqramlarında şəxsi həyatımla bağlı hər hansı bir məlumatların verilməsinə rəsmi sürətdə qadağa qoyuram! Əks halda qadağanı pozanlar qanun qarşısında cavab verməli olacaqlar. Diqqətinizə görə təşəkkür edirəm! Hörmətlə: Əməkdar artist Lalə Məmmədova. 04.12.2013. Bakı şəhəri”.
Aytən Sadıqzadə
www.oxu.az