Amerikalı müğənni Ledi Qaqaya həsr olunmuş “Gaga: Five Foot Two” sənədli filminin treyleri yayımlanıb. Filmdə, əsasən, müğənninin qorxusu, ağrıları və təlaşı barədə danışdığı kadrlar nümayiş olunub.
Bu barədə Oxu.Az xarici mətbuata istinadən xəbər verir.
22 sentyabrda nümayiş olunacaq filmə bilinməyən səhnəarxası kadrlar, müsahibələr daxil edilib. Həmçinin müğənninin “Joanne” albomu üzərində çalışması da göstərilib.
Daha əvvəl film Toronto kino festivalında təqdim olunub.
A.S., E.C.
www.oxu.az