19 yaşındaykən təcavüzə uğradığını keçən il açıqlayan Ledi Qaqa (Lady Gaga) o müddətdə yaşadıqlarından danışıb.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-lı müğənni həmin tükürpədici hadisə barəsində bu sözləri dilinə gətirib:

“Bunları yeddi il heç kimə izah edə bilmədim. Bu mövzu haqqında nə düşünəcəyimi bilmirdim. Bunu necə qəbul edəcəyimi də bilmirdim. Özümü suçlamamağı və bunun mənim günahım olduğunu düşünməməyi necə edəcəyimi də bilmirdim.

Bu, mənim həyatımı və kim olduğumu tamamilə dəyişdirdi. Vücudumu və düşüncələrimi dəyişdirdi.

Fərqli geyimə tərzimə və provokativ biri olduğuma görə bunun mənim günahım olduğunu və öz başıma özüm gətirdiyimi düşünürdüm.

Belə bir zərbəni yaşadıqda, yalnız fiziki nəticələri olmur. Bir çox insan illər içində eyni təcrübəni təkrar yaşayır və sonra bu vəziyyət bədəninizdə fiziki çətinliklərə yol aça biləcək mexanizmlərə təkan verir”.
Aytən Sadıqzadə
www.oxu.az