88-ci dəfə təşkil olunan “Oscar” mükafatı mərasimində yalnız dəbdəbəli kostyumlar deyil, dəyəri milyon dolları aşan ləl-cəvahiratlar da gündəmə gəlib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, Amerika və dünya dünya kinematoqrafiyasının ən yüksək və nüfuzlu mükafatlandırma mərasiminə Ledi Qaqa-nın (Lady Gaga) 8 milyon dollarlıq sırğaları damğasını vurub. “Brandon Maxwell” brendindən olan geyimi ilə olduqca gözəl görünən Qaqa, “Lorraine Schwartz” markasının 90 karatlıq almaz sırğaları ilə göz qamaşdırıb.

34 yaşlı nişanlısı Teylor Kinninin (Taylor Kinney) ifaçıya hədiyyə etdiyi 6 karatlıq ürək şəklindəki nişan üzüyü də barmağında idi. Qaqanın nişan üzüyü isə 400 min dollar dəyərindədir.
2000-ci ildə Hindistanı təmsil edərək dünya gözəli seçilən Priyanka Çopra (Priyanka Chopra) da ləl-cəvahiratları ilə diqqət mərkəzində idi. Priyankanın “Lorraine Schwartz” markasından olan 50 karatlıq almaz sırğalarının dəyəri 3.2 milyon dollardır. 22 karatlıq almaz üzüyünün dəyəri isə 3.4 milyon dollar təşkil edir.

Haydi Klumun (Heidi Klum) “Goldconda” brendindən olan 67 karatlıq üzüklərinin məbləği 2.5 milyon dollar dəyərindədir.

Krissi Teyqenin (Chrissy Teigen) taxdığı almaz üzük və sırğalarının ümumi dəyəri isə 2.8 milyon dollardır.

Aytən Sadıqzadə
www.oxu.az