Jennifer Lopez münsif üzvü olduğu “American İdol” yarışmanın növbəti buraxılışı üçün geyindiyi maraqlı dizaynlı libası ilə gündəmə gəlib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, 46 yaşlı ifaçının Fausto Puglisi imzalı çəhrayı rəngli açıq-saçıq geyimi birmənalı qarşılanmayıb.
Bu günə qədər ümumiyyətlə özünə çox yaraşan libaslar geyinən Lopez bu dəfə isə mənfi tənqidlərlə üzləşib.
Sosial mediada fikirlərini bildirən pərəstişkarları Lopezin hər zamankı kimi formada olduğunu, amma paltarın ona çox da yaraşmadığını yazıblar.