Bakıda polis narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat həyata keçirib.
Oxu.Az Region TV-yə istinadən xəbər verir ki, Ucar rayon sakini Rəşid Şirinov Pirallahı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.
Onun əlindəki çantaya baxış zamanı 2 kiloqram 70 qram marixuana və 705 qram heroin aşkar edilərək götürülüb. Şəxs istintaqa təhvil verilib.
Saxlanılan şəxs:
“Neftçilərdən mindim taksiyə, gəldim Pirallahıya. Pirallahıda dənizin qırağından, daşların arasından tapmışam. 2 kiloqram ot var idi, 700 qram da heroin”.
Faktla bağlı araşdırmalar davam etdirilir.
E.Ə.
www.oxu.az