Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Los-Anceles yanğınlarında məşhur aktyorun evi yanıb kül oldu: "Mən belə dəhşət görməmişdim"
Amerikalı aktyor Mel Gibson Malibudakı evini külə döndərən yanğını 1945-ci ilin bombardmanları ilə müqayisə edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "NewsNation"a danışıb.
"Tüstü borusu və bir neçə kirəmitdən başqa heç nə qalmadı. Orada gəzmək olmurdu, hər yerdə mismar var. Maşınlar əldən getdi, hər şey kül oldu. Mən heç vaxt belə dəhşətli yanğın görməmişdim, sanki kimsə bunu qəsdən edib", - deyə aktyor qeyd edib.
Gibson yanğın zamanı 15 il ərzində toplanmış foto albomları və xatirə əşyaları da daxil olmaqla bir çox şəxsi əşyalarını itirdiyini bildirib.
"Evim Drezdenə bənzəyirdi. Amma bilirsiniz, hər şeyi əvəz etmək olar, onlar sadəcə əşyalardır, yaxşı xəbər odur ki, bütün qohumlarım və dostlarım sağlamdırlar", - o vurğulayıb.
Xatırladaq ki, ABŞ-nin Los-Anceles bölgəsində baş verən meşə yanğınlarının sahəsi 11 min hektarı ötüb. Təhlükəli zonadan 360 mindən çox insan təxliyə edilib.
Rəylər