Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Filippində ənənəvi dini mərasimdə minə yaxın şəxs xəsarət alıb
Filippində ənənəvi olaraq keçirilən "Qara nazaretlinin bayramı" ("Feast of the Black Nazarene") dini mərasimində izdiham yaşanıb.
Oxu.Az "RIA Novosti"yə istinadən xəbər verir ki, dini mərasimə yüzminlərlə insan qatılıb.
Nəticədə, yaranan basırıqda 700-dən çox katolik xəsarət alıb.
Məlumat üçün qeyd edək ki, Filippinin paytaxtı Manilada hər il yüzminlərlə şəxs günahlardan təmizlədiyi və şəfa verdiyinə inandıqları İsa peyğəmbərin (Bibliyaya görə peyğəmbər Nazaret şəhərində doğulub) heykəlinə toxunmaq üçün yürüş edirlər.
"Filippin" teqi üzrə xəbərlər
Ən çox oxunanlar