Amerikalı pop ulduz Madonnanın Avstraliyada konsert turu davam edir.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni konsert zamanı səhnədə daha bir qalmaqallı addım atıb.
Belə ki, 57 yaşlı müğənni konserti izləyən sevənlərindən birini səhnəyə dəvət edib. Madonna minlərlə insanın qarşısında 17 yaşlı qızın koftasını aşağı edib, sinəsini açıb. Gənc qız çaşqınlıq içərisində qalıb. Madonna isə onun sinəsinin görünməyinin çox da önəmli olmadığını deməklə kifayətlənib.
Qeyd edək ki, ifaçının bu hərəkəti Avstraliyada cinsəl cinayət hesab olunur. Ölkə polisinin verdiyi açıqlamaya görə, gənc qız müğənnidən şikayətçi olmadığı üçün Madonnaya qarşı hər hansı cəza tədbiri görülməyəcək.