Müğənni Madonna Interview amerikan jurnalı üçün çəkilən və açıq-saçıqlığı ilə seçilən fotosessiyanın qəhrəmanı olub.
Şəkillər seriyasında pop-ulduz yarıçılpaq vəziyyətdə BDSM üslubunda çəkilib.
Oxu.Az xəbər verir ki, bu materialı dərc edən nəşrlərin oxucuları, eləcə də sosial şəbəkə istifadəçiləri səs-küylü müzakirələr aparıblar, The Daily Mirror yazır.
İctimaiyyətin şəkillər barədə fikri iki yerə bölündü. Ən çox səs-küyə 56 yaşlı Madonnanın tamamilə çılpaq sinə ilə çəkildiyi şəkil səbəb olub.
Bir çox blogerlər müğənninin bu yaşda soyunmasının düzgün olmadığını söyləyiblər.
“Madonna, bunun 20 il əvvəl yeri var idi”, - Twitter istifadəçilərindən biri yazıb.
Bundan başqa şəkillərin Fotoshopda redaktə edilmə şübhəsi də yaranıb. “Əgər bu əsl şəkillər olsa idi, onda Madonna həqiqətən heyranlığa layiq idi”, - US Weekly saytında müzakirə iştirakçılarından biri yazıb.
Müzakirə iştirakçılarından Madonannın qeyri-adi aktrisa olduğunu, heyranlığa layiq olduğunu yazanlar da olub.
Fotosessiya müğənninin müsahibəsinə illüstrasiyadır. Müğənni narkotik vasitələrə münasibətini, ölüm və Tanrı haqqında fikirlərini bölüşüb. Müsahibəni Devid Bleyn (David Blaine) aparıb. The Daily Mirror müsahibənin çox səmimi alındığını vurğulayıb.
Madonna Luiza Çikkone 1958-ci ilin avqust ayının 16-da ABŞ-ın Miçiqan ştatında anadan olub.
Müğənni bütün bunlardan əlavə həm də çoxsaylı erotik fotosessiyaları ilə məşhurdur. 1992-ci ildə Madonnanın Sex foto-albomu çıxıb. Nəşr Madonnanın alter-eqosu – “xanım Dita”nın seksual fantaziyaları yer alırdı. Kitab 1,5 milyon nüsxə ilə satılıb və KİV-in neqativ reaksiyasına səbəb oldu. (Lenta)