Mahsun Kırmızıgül bir ildir eşq yaşadığı vəkil sevgilisiylə ailə qurmağa hazırlaşır.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur sənətçi sevgilisinə 5 min dollarlıq təkqaşlı üzüklə evlənmə təklifi edib.
Toy mərasimi isə 13 fevralda Amerikada, Los-Ancelesdə təşkil ediləcək.
Cütlüyün xoş gününə aralarında Kenan Doğulu və Beren Saatın də daxil olduğu 30 nəfər dəvət edilib.
Kırmızıgül və sevgilisi toydan bir gün əvvəl Amerikaya yollanacaq.
Aytən Sadıqzadə
www.oxu.az
Rəylər