Azərbaycanın Əməkdar artisti Manana Caparidze ilk dəfə həyat yoldaşı ilə birlikdə canlı efirdə qonaq olub.
Oxu.Az xəbər verir ki, ailəsini mediadan kənarda saxlamağa üstünlük verən müğənni ötən gün Əməkdar artist Murad Dadaşovun rəhbəri və aparıcısı olduğu “Maşın” realiti şounu canlı izləməyə gedib.
Verilişdə, həmçinin qonaq qismində məşhur teleaparıcı Hacı Nuran Hüseynov da yer alıb.
Xatırladaq ki, M.Caparidze ötən ay Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təşkil olunan tədbirdə qızı Elizabet ilə duet səsləndirib. İfaçının David adlı oğlu da var.
:640.jpg)
A.S.
www.oxu.az