Manana Çaparidze İntiqam və Ehtiram Rüstəmovlar ilə duet oxuyacaq.
Oxu.Az xəbər verir ki, bu haqda Gün.Az-a Ehtiram Rüstəmov məlumat verib.
Onun sözlərinə görə, Manana dueti gürcü dilində oxuyacaq.
İntiqam və Ehtiram Rüstəmovlar isə mahnının meyxana hissəsini rus dilində oxuyacaqlar:
“Mahnını qısa vaxtda təqdim edəcəyik. Onu da deyim ki, əgər duetimiz bəyənilsə, klip də çəkdirməyi düşünürük”.