Bu gün AFFA-nın İcraiyyə Komitəsi milli komandanın baş məşqçisi məsələsinə aydınlıq gətirməklə bağlı iclas keçirib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, alman mütəxəssis Berti Foqtsla müqavilənin müddəti daha 2 il uzadılıb.
İcraiyyə Komitəsi Foqtsun postunda olduğu müddətdə onun işindən razılıq edib və məşqçi ilə davam etmək qərarına gəlib.