“Maşın” realiti şounun iştirakçıları Samir Piriyev və Roza Zərgərli canlı yayımda barışıblar.
Oxu.Az xəbər verir ki, sözügedən şouda aparılan “Kimdən üzr istəyərdiniz?” sorğusunda Samir ilk addımı ataraq, Rozanı barışığa səsləyib.
Samirin bu addımını Roza Zərgərli də cavabsız qoymayıb və tərəflər arasında barışıq əldə olunub.
Xatırladaq ki, müğənni Roza Zərgərli “Qəlbdən sevən” mahnısına çəkdirdiyi klipin təqdimat zamanı həmin mahnını bir neçə il bundan əvvəl ifa edən həmkarı Samir Piriyevin haqqında sərt ittihamlar səsləndirmişdi. Samir isə dünən Rozaya adıçəkilən mahnını duet oxumaq təklifini edib.
Küsülü olduğu halda yarışmaya davam edən iştirakçılar, beləliklə, 6 ildən sonra küsülülüyə son qoydular.
Aytən Sadıqzadə
www.oxu.az