Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

“Maşın” şouda dava: Təranə Qumral Sərxan Kərəmoğluna butulka atdı – FOTO + VİDEO
Ötən gün “Maşın” realiti şouda müğənni Təranə Qumralla aktyor Sərxan Kərəmoğlunun mübahisəsindən bəhs edən süjet yayımlanıb.
Oxu.Az xəbər verir ki, nümayiş olunan kadrlardan hər iki məşhurun bir-birinə qarşı təhqiramiz ifadələr səsləndirdiyi məlum olub və həmin görüntülər efirə səssiz təqdim edilib. Daha sonra Təranə Qumral əsəblərinə hakim ola bilməyərək Sərxan Kərəmoğluna butulka atıb. S.Kərəmoğlu isə baş vermiş hadisə barəsində rəqqasə Oksana Rəsulova ilə söhbəti zamanı ağlayıb.
Xatrıladaq ki, dünən şouda iştirakçılar müğənni Təranə Qumralı SMS səsverməsinə çıxarıblar. O, aktyor Sərxan Kərəmoğlunu verilişdən uzaqlaşdıracağını söyləyib. Sonda tamaşaçıların səsverməsi ilə 32,18 faiz səs toplayan T.Qumral özü yarışmadan getməli olub.
A.S.
www.oxu.az