Əməkdar artist Murad Dadaşovun təqdimatında ATV telekanalında “Qarşıdurma” şüarı ilə yayımlanan “Maşın” şounu tərk edən növbəti məşhurun adı məlum olub.
Oxu.Az xəbər verir ki, verilişin qaydalarına görə, iştirakçılar müğənni Təranə Qumralı SMS səsverməsinə çıxarıblar.
O, səs topladığı təqdirdə aktyor Sərxan Kərəmoğlunu oyundan uzaqlaşdıracağını bildirib.
Sonda tamaşaçıların səsverməsi ilə 32,18 faiz toplayaraq T.Qumral özü oyundan gedib.
Qeyd edək ki, veriliş hər gün axşam saat 22:00-da efirə çıxır.
Hazırda şouda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, müğənnilər Nadir Qafarzadə, rejissor Aqil M.Quliyev, rejissor-aktyor Sərxan Kərəmoğlu, aktrisa-rəqqasə Oksana Rəsulova davam etdirir.
S.B.
www.oxu.az