Filippində müsəlman kişi bir hərəkəti ilə qəhrəman olub.
Oxu.Az Teleqraf.com-a istinadla xəbər verir ki, İŞİD terrorçularının Maravi şəhərinə hücumu zamanı Nur Lyukman adlı şəxs 64 xristianı öz evində gizlədib və onların sağ qalmasına nail olub.
Şəhər azad olunduqdan sonra xristianları polisə təhvil verən şəxs qəhrəman elan olunub.
S.B.
www.oxu.az