Qalmaqallı “Maşın” realiti şousunda növbəti səsvermə günü baş tutub.
Oxu.Az xəbər verir ki, “Xanımlar və cənablar – 2” devizi ilə yayımlanan yarışmada qutudan ən çox fotosu çıxan şəxs reper Uran olub.
O, hədəfinin Pərvin Abıyeva olduğunu söyləyib.
Şounun gedişi zamanı Hüseyn Əzizoğlu bildirib ki, Abbas Bağırov onu şoudan uzaqlaşdırmaq istəyirmiş:
“Əgər dünən mən Abbası çıxarmasa idim. O, bu gün ya Uranı, ya da məni uzaqlaşdıracaqdı. Qaldı ki, mənim Abbasa "papa" deyə müraciət etməyimə, biz burada darıxanda teatr qururduq. Aytən xala, Mətanət bibi deyə zarafatlaşırdıq. Xatırladım ki, Abbas da Pərvinə "qızım" deyirdi. Ona demək istəyirəm ki, Abbas, bu gün qızın buradan gedəcək”.
Abıyeva isə Abbasın ona “qızım” deyə xitab etmədiyini, əksinə, Hüseynin ona “bacı” dediyini bildirib.
Sonda Uran “qalsın”a 56,51% səs toplayıb.
O, Roza Zərgərliyə söz verib. Zərgərli iştirakçılara deyib ki, kim mənim yerimə gedə bilər?
Pərvin Abıyrva əlini avtomobildən çəkərək şoudan uzaqlaşdırıb. Uran isə hədəfinin Aytən Səfərova olduğunu deyib.
Şoudan iki nəfər uzaqlaşıb.
Beləliklə, şounun finalında mübarizə aparan şəxslər Uran, Roza Zərgərli və Hüseyn Əzizoğlu olub.
Qalmaqallı “Maşın” realiti şousunda növbəti səsvermə günü baş tutub.Oxu.Az xəbər verir ki, “Xanımlar və cənablar – 2” devizi ilə yayımlanan yarışmada qutudan ən...
Pərviz Hüseyn
FOTO: Elbrus Musayev
www.oxu.az
Rəylər