Məşhur Hollivud aktrisası Kameron Dias üçüncü övladını dünyaya gətirib.
Oxu.Az xəbər verir ki, bu barədə kino ulduzunun həyat yoldaşı Benci Madden özünün "Instagram" hesabında paylaşım edib.
Musiqiçi aktrisanın oğlan övladının doğulduğunu bildirib. Valideynlər körpəyə Nautas adını qoyublar.
Xatırladaq ki, Kameron Diasla Benci Madden 2015-ci ildə ailə həyatı qurublar. Hollivud ulduzu ilk dəfə 2019-cu ildə ana olub və cütlüyün Raddiks adlı qızı dünyaya gəlib. 2024-cü ilin martında isə onların Kardinal adlandırdıqları ikinci övladları (oğlan) doğulub. Həmin vaxt da məşhur cütlük bu xəbəri bir müddət sirr saxlamış, daha sonra sosial şəbəkədə elan etmişdi.
Qeyd edək ki, ailə qurduqdan sonra tanınmış sənətçi aktyorluq fəaliyyətinə son qoyub. 2024-cü ilin oktyabrında keçirilən "Fortune Nüfuzlu Qadınlar Sammiti"ndə o, kino sənayesindən uzaqlaşmasını bütün diqqətini ailəsinə yönəltmək və şəxsi şərab biznesini inkişaf etdirmək istəyi ilə əlaqələndirib.