Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Məleykə Əsədova Kazımova haqqında yazılanlara cavab verdi
Bu gün xalq artisti Məleykə Əsədovanın xalq artisti Aygün Kazımovanın ünvanına sərt sözlər yazması ilə bağlı xəbər yayılıb.
Oxu.Az vəbər verir ki, Axşam.az-ın məlumatına görə, aktrisanın Facebook səhifəsində “Aygün Kazımova şou aləmini meymun, kloun sifətinə salıb, əməkdar artist Məhəbbət Kazımovun vəfat etdiyi gündə ad günü keçirərək hörmətsizlik edib” sözlərini yazdığı vurğulanıb.
Məleykə Əsədova sözügedən Facebook səhifəsinin saxta olduğunu bildirib:
“O profili kim işlədirsə, mənim imicimə uyğun olmayan sözlər yazır. Onun yazdığı sözlərə görə mən açıqlamalar vermək məcburiyyətində qalıram. Bu mən deyiləm, elə sözləri yazmıram. Həmin cümlələr mənim tərzimə uyğun deyil. Sosial şəbəkədən istifadə etmirəm, bu profil kimindirsə, bütün şəkillərimi paylaşır. Heç özümdə olmayan fotolar orada var. Belə saxta profillər çoxdur, onların qarşısını ala bilmərəm. Aygün sevdiyim sənətkardır. Dünən onun şad günü idi, təbrik edir, can sağlığı, bol ruzi arzulayıram. Məhəbbət Kazımov isə dünyasını dəyişdi, Allah rəhmət etsin. Sevimli ifaçımız idi. Bunları bir-birinə qatmaq lazım deyil”.