Mərakeşin məşhur ifaçılarından biri olan Əsma Əl Münəvvər “Sadi” adlı mahnısının plagiatının çıxması barədə məlumat verib.
Oxu.Az xəbər verir ki, müğənni 2,5 milyonluq “Instagram” hesabında Azərbaycanın ünvanına ittihamlarla çıxış edərək mahnısının oğurlandığını iddia edib.
“Mahnımın fransız versiyası var. Hansı ki, bizdən icazə alaraq oxuyublar. Lakin Azərbaycanda səslənən ifanı ilk dəfə görürəm. Bununla bağlı bizdən icazə alınmayıb” ,- deyə ifaçı yazıb.
Əsma onu da əlavə edib ki, ARB TV-nin efirində yayımlanan proqramda “Safi” adlı mahnı “Sevgi” deyə səsləndirib.
Pərviz Hüseyn
www.oxu.az