Britaniyanın Solsberi şəhərində atası keçmiş rusiyalı kəşfiyyat polkovniki Serqey Skripalla birgə zəhərlənmiş Yuliya Skripal yerli mətbuata ilk müsahibəsini verib.
Oxu.Az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
33 yaşlı Yuliya Skripal gizli ərazidə Britaniya polisinin nəzarətində saxlanılır.
“Bizim bəxtimiz gətirib ki, hər ikimiz bu sui-qəsddən sağ çıxmışıq. Bizim sağalma prosesi çox ləng və ağrılı olub.”, - deyə Yuliya Skripal bildirib.
Bundan əvvəl Rusiyanın XİN-nin rəsmisi Mariya Zaxarova Skripalların məcburi şəkildə gizli əraziyə aparıldığı və onların insanlarla təmas qurmasına icazə verilmədiyi iddiasını irəli sürmüşdü.
F.M.
www.oxu.az