BMT Təhlükəsizlik Şurasında KSQT ekspertlərinin Solsberi şəhərindəki insidentlə bağlı apardığı araşdırmanın yekunlarına dair iclas keçirilib.
Oxu.Az xəbər verir ki, iclasın təşəbbüskarı rəsmi London olub.
Tərəflər kiyməvi maddələr üzrə mütəxəssislərin rəylərini və Britaniyanın BMT-dəki səfirinin “Skripal işi” ilə bağlı təqdim etdiyi hesabatı müzakirə edib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya “Skripal işi” üzrə həqiqətlərin Qərb ölkələrinə maraqlı olmadığını dilə gətirib.
“Bəzi həmkarlarımın dediklərini eşitdikdə, mənə elə gəlir ki, bu artıq “Alisa möcüzələr ölkəsində” yox “Alisa güzgü arxasında” nağılıdır. Bizim Qərbdən olan həmkarlarımızı həqiqət maraqlandırmır. Təkcə bu məsələdə deyil, başqa məsələlərdə də münasibət eynidir” , - deyə Nebenzya bildirib.
F.M.
www.oxu.az
Rəylər