Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Həkimlər Skripalın vəziyyətindən danışdı
Britaniyanın Solsberi şəhər xəstəxanasında müalicə alan keçmiş rusiyalı casus Serqey Skripal sağalmaq üzrədir, artıq ağır vəziyyətdə deyil.
Oxu.Az xəbər verir ki, bu barədə xəstəxananın rəsmisi açıqlama verib.
“Martın 4-də Solberidəki insidentdən sonra bir pasiyent (60 yaşlı kişi) xəstəxananın palatasında qalmaqdadır... O artıq sağalma üzrədir və ağır vəziyyətdə deyil”, - deyə məlumatda qeyd olunur.
Habelə xəstəxana nümayəndəsi Skripalın müalicə prosesinin təfərrüatına varmayıb.
F.M.
www.oxu.az
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər