Amerikalı pop-diva Meraya Keri öz sevgilisi Ceyms Parkerə ərə gedir. Avstraliyalı biznesmenin ona evlilik təklif etməsi barədə şayiələr hələ yayda bu cütlüyün romantik gəzintidə yaxalandıqları zaman yayılmışdı.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, iri daşlı zinət əşyası artıq müğənninin barmağını bəzəyir və bir neçə saat öncə bu üzük paparatsilərin diqqətini çəkib.

Hər şey Nyu-Yorkda baş verib. Parker Kerinin yaxın dostlarını Eleven Madison Parka yığaraq kiçik bir gecə təşkil edib və onların əhatəsində dizini yerə qoyaraq Merayadan ona ərə getməyi xahiş edib.

Müğənni və biznesmen yarım ildən bir qədər çoxdur ki, görüşürlər, amma bu, onların hər ikisinə həyatlarını sona qədər bir yerdə keçirmək istədiklərini başa düşməyə yetərli bir zaman oldu.

Meraya üçün bu üçüncü nikah olacaq, daha öncə o maqnat Tommi Mottol və Nik Kenn ilə evli olub, sonuncudan dünyaya iki uşaq da gətirib.
Şayiələrə inansaq onlar Ceyms ilə uşaq planlaşdırırlar.
Peker də iki dəfə evli olub və üç uşağı var. O, Avstraliyada ölkənin ən zəngin insanları siyahısında dördüncüdür. Bu, sadəcə ailə sərvəti deyil, bura əmlak, kazino və əyləncə sahəsində uğurlu biznes də daxildir.