Amerikalı aktrisa Ashley Judd Birləşmiş Millətlər Təşkilatının (BMT) xoşməramlı səfiri seçilib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, Nyu-Yorkdakı BMT Baş Mərkəzində təşkil edilən mətbuat konfransına itiylə gələn aktrisa belə bir vəzifəyə layiq görməsindən duyduğu xoşbəxtliyi dilə gətirib.
“BMT-nin xoşməramlı səfiri olaraq mənə verilən vəzifə çərçivəsində dünya səviyyəsində qız uşaqları haqqında daha çox məlumat əldə etmək istəyirəm. Dünyada 500 milyon qız uşağı var, hazırda 37 mini uşaq yaşında evlənməyə məcbur edilir. Mənə verilən etimadı doğrultmağa çalışacağam”, - deyə Judd bildirib.