Məşhur rusiyalı aktrisa, “Univer” serialının ulduzu Nastasya Samburskaya Instagram səhifəsində yeni fotosunu paylaşıb.
Oxu.Az xəbər verir ki, fotoda aktrisa Bakıda Dağüstü parkda ağacda oturub.
Nastasyanın sözlərinə görə, o Yeni ili belə qarşılayıb.
“Bilirsiniz mən niyə belə uzun müddət olmamışam? Yeni ildən ağacda oturmuşam. Beş gün. Bakıda”, - aktrisa fotoya şərhdə yazıb.
Qeyd edək ki, foto bir neçə saat ərzində 70 mindən çox “like” toplayıb.

S.B.
www.oxu.az