“How I Met Your Mother” serialında canlandırdığı Robin obrazı ilə populyarlaşan aktrisa Cobie Smulders ikinci uşağını doğduqdan üç ay sonra “Women'S Health” jurnalına yarıçılpaq poz verib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, doğuşdan sonrakı kilolarından üç ay ərzində xilas olmağı bacaran 33 yaşlı Smulders "Gənc ikən insan çox narahat olur. İndi bilirəm ki, böyümək üçün çox tələsmişəm.
Yoldaşımla bəzən xüsusi gecələr təşkil edirik. Ümumiyyətlə, romantik axşam yeməyi görüşü olur. Sevdiyimiz yemək, bir şüşə şərab mənim üçün kifayət edir",- deyə müsahibə verib.
Qeyd edək ki, Smulders 2012-ci ildə aktyor Taram Killian ilə ailə qurub.
Aytən Sadıqzadə