Avstraliyalı aktyor Hugh Jackman ötən gün “An Evening with Hugh Jackman” nümayişi ilə Türkiyədə “Zorlu Center PSM”də olub. Məşhur aktyor nümayiş sonrası qatıldığı partiyə oriental şou ilə damağa vurub.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Hugh Jackman İstanbulda öz adına təşkil edilən ilk nümayişində Bora Uzerlə birlikdə səhnədə mahnı ifa edib. Daha sonra Emirgandakı “La Boom”da əylənib.
Berrak Tüzünataç, Tuba Ünsal kimi məşhurların da olduğu partidə ən maraqlı məqam isə Jackmanın oriental şousu olub.
Məşhur aktyor oriental rəqqasə Yıldız Hazellə təxminən yarım saat qarşılıqlı göbək atıb. Göbək şousunun sonunda aktyor məkanda olanlar tərəfindən fit və alqışlarla qarşılanıb.
Hugh Jackman tədbirdən sonra səhərə yaxın İstanbulu tərk edib.
Aytən Sadıqzadə
www.oxu.az