Amerikalı aktyor Şaya LaBaf məhkəmə tərəfindən narkotik və alkoqol asılılığından müalicə olunmağa məcbur edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "People" jurnalı məlumat yayıb.
O, həmçinin testdən keçməli və 100 min dollar girov ödəməlidir.
Medianın yaydığı məlumatda deyilir ki, aktyor fevralın 17-də Yeni Orleandakı bir barın qarşısında davadan sonra həbs olunub. Hadisədə LaBaf özü xəsarətlər alıb və digər iki şəxsə yüngül bədən xəsarəti yetirməkdə ittiham olunub, lakin təmkinli davranaraq hadisə yerinə gələn həkimlərdən tibbi yardımı qəbul edib.