32 yaşlı avstraliyalı aktyor Chris Hemsworth, həyat yoldaşı Elsa Pataky və üç uşağı ilə birlikdə Avstraliyaya köçməyə qərar verib.
Oxu.Az xəbər verir ki, aktyorun Kaliforniyada, Malibuda möhtəşəm evi var. Evin indiki satış dəyəri 6,5 milyon dollardır.
Üçuşaqlı ailənin mətbəxi olduqca zövqlü dizayna malikdir.

Pəncərə kənarında kitab oxumaq üçün ayrılmış bu hissəyə baxarkən insan sanki istirahət edir.

Yemək otağının ən diqqətçəkən xüsusiyyəti onun işıqlandırılmasıdır.

Evin bir otağı isə idman zalı olaraq ayrılıb.

Yataq otağına yaxın oyun sahəsi.

Sadə və işıqlı rənglərdən ibarət yataq otağı.

Kino izləmə otağı.

Və möhtəşəm balkon mənzərəsi...

Xatırladaq ki, Chris Hemsworth və həyat yoldaşı, ispan aktrisa Elsa Pataky 2010-ci ildə evləniblər. Cütlüyün 4 yaşında İndia Rose adında bir qızı, 2 yaşlarında Tristian və Sasha adında əkiz oğulları var.
