Hindistanın məşhur aktyoru Salman Xan 13 il əvvəl baş vermiş yol qəzasına görə 5 il azadlıqdan məhrumetmə cəzasına layiq görülüb.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, 28 sentyabr 2002-ci ildə baş vermiş həmin qəzada 1 nəfər həlak olmuş, daha bir neçə nəfər yaralanmışdı.
Həmin gün Xan öz avtomobili ilə Bandra Uestdə evinin yaxınlığında yerləşən çörəkbişirmə sexinə çırpılmışdı.
Sexin qarşısında səki üzərində yatmış 4 nəfər yaralanmış və tezliklə onlardan biri dünyasını dəyişmişdi.
Hakim aktyora qarşı ittihamları əsaslı hesab edərək, onu beş il azadlıqdan məhrumetmə cəzasına layiq görüb.