Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Məşhur ifaçı Kristina Aqilera həmkarı Britni Spirsə dəstək oldu - FOTO
Məşhur ifaçı Kristina Aqilera atasının qəyyumluğundan qurtulmaq istəyən həmkarı Britni Spirsə dəstək olub.
Bu barədə fikirlərini o, özünün “Twitter” hesabından bəyan edib.
Aqilera Britni ilə baş verənləri qəbuledilməz sayır.
“Səsinizi batıranda, görməzdən gəlinəndə, rişxənd ediləndə və yaxınlarınız tərəfindən dəstək almadığınızda - bu təsəvvür edilə bilən ən yorucu, dağıdıcı və alçaldıcı şeydir. Bunun nə qədər ciddi zehni və mənəvi ziyana səbəb ola biləcəyini düşünə bilməzsiniz. Qadının bədəninə, reproduktiv sisteminə, şəxsi həyatına, məkanına, müalicəsinə və xoşbəxtliyinə nəzarət etmək hüququ olmalıdır”, - deyə Aqilera yazır.
İfaçı qəyyumun Spirs ilə vicdansızcasına və rəhimsizcəsinə davrandığına əmin olduğunu bildirib.
“Britni ağlasığmaz şəraitdə və ağlasığmaz təzyiq altında işləyən bir qadın olaraq xoşbəxt yaşamaq üçün təsəvvür edilən bütün azadlığa layiqdir”, - deyə o əlavə edib.
Qeyd edək ki, Britni Spirs 2008-ci ildən bəri atası Ceymi Spirsin himayəsindədir. Bu qərar müğənninin alkoqolizm və narkotiklə əlaqədar psixiatriya xəstəxanasına düşməsindən sonra verilib. Bununla da, ifaçı öz həyatı və mülkiyyəti üzərində nəzarət imkanını itirib. Uzun illərdir ki, o, maşın sürə və övladları ilə atasının izni olmadan görüşə bilmir.
Bu yaxınlarda Spirs Los-Ancelesdəki məhkəmə iclasında atasının himayəsindən çıxmaq istədiyini, həyatının tamamilə nəzarət altında olduğunu, xüsusən həftənin yeddi günü işləməyə məcbur olduğunu dedi. Daha sonra o, hər işinin yaxşı olduğu barədə illərlə dediyi yalana görə pərəstişkarlarından üzr istədi.
Qeyd edək ki, Aqilerə Spirslə 1993-cü ildə “Disney” kanalının uşaq şousu “Mickey Mouse Club”da iştirak zamanı tanış olub.
These past few days I’ve been thinking about Britney and everything she is going through.
— Christina Aguilera (@xtina) June 29, 2021
It is unacceptable that any woman, or human, wanting to be in control of their own destiny might not be allowed to live life as they wish. pic.twitter.com/NRhNwcJaD3
To a woman who has worked under conditions and pressure unimaginable to most, I promise you she deserves all of the freedom possible to live her happiest life.
— Christina Aguilera (@xtina) June 29, 2021
My heart goes out to Britney. She deserves all the TRUE love and support in the world. 🤍
Rəylər