Tanınmış italyan aktyoru, ssenarist, rejissor və prodüser Rikkardo Qarrone 90 yaşında Milanda vəfat edib.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Rikkardo Qarronenin kino karyerası 1949-cu ildə “Adəm və Həvva” filmi ilə 1949-cu ildə başlanıb, o, 100-dən çox filmə çəkilib.
Rikkardo Qarrone Federiko Fellinin çəkdiyi “Şirin həyat” (“La dolce vita”, 1959) filmindən sonra məşhurluğun zirvəsinə çatıb, o, Mario Moniçelli, Dino Rizi, Ettore Skola, Damiano Damini kimi ustadların filmlərində şöhrət qazanıb.
Son onillikdə Rikkardo Qarrone televiziya layihələrində çalışırdı, eləcə də, “Oyuncaqların tarixi: Böyük qaçış” (“Toy Story 3”, 2010) kimi disney personajlarının dublyaj ilə məşğul olurdu.