Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə 14-18 mart tarixlərində Amerikanın “The Exchange” pop qrupu Azərbaycana gələcək.
Səfirlikdən Oxu.Az-a verilən məlumata görə, qrup üzvləri ABŞ Dövlət Departamentinin “Xaricdə Amerika Musiqisi” Proqramının bir hissəsi olaraq ictimai konsertlər verəcək və yerli musiqiçilər üçün ustad məşğələləri keçirəcəklər.
Konsertlər 15, 16 və 17 mart tarixlərində Naxçıvan, Biləsuvar və Lənkəranda pulsuz təşkil olunacaq.
Bakıda isə martın 18-də keçiriləcək. Bakıdakı konsert üçün biletləri şəhərin bütün kassalarından əldə etmək mümkündür. Bakıdakı konsert DJ Kənanla diskoteka ilə davam edəcək.