Sizə türkiyəli təşkilatçı, prodüser Erkan Özermanın Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva üçün təşkil etdiyi ad günü məclisi barədə məlumat vermişdik.
Oxu.Az sacitaslan.com saytına istinadən xəbər verir ki, media nümayəndələri Günaydan həyat yoldaşı Tolqa Karelin niyə doğum günü partisində iştirak etməməsi haqqında soruşublar.
Model “Bir azdan gələcək” – deyə cavab verib.
Həmin vaxt isə aktyor başqa bir gecə klubunda olub.
Tolqa Karel gecənin sonuna kimi Günayın olduğu tədbirə qatılmayıb.
Orada içki içib sərxoş halda dava salan məşhur, cangüdənlər tərəfindən həmin məkandan çıxarılıb.
Aytən Sadıqzadə
www.oxu.az