Türkiyəli müğənni Murat Boz intihar etmək istəyən bir nəfəri fikrindən yayındırıb.
Oxu.Az Milli.Az-a istinadla xəbər verir ki, M.Bozun atası Cəfər Boz intihar etmək istəyən bir adamı görüncə, oğluna zəng edərək kömək istəyib. Məşhur müğənni də “FaceTime” vasitəsi ilə gənclə əlaqə saxlayaraq intihar cəhdinə mane olub.
Murat vətəndaşa borcları və ödəyə bilmədiyi ev kirayəsi üçün kömək etməyə söz verib. Bundan sonra damdan enən A.E. ata Boz ilə polis bölməsinə gedərək ifadə verib.
Doktor müayinəsindən də keçirilən şəxs evinə yola salınıb. Canına qəsd etmək istəyən şəxsin həyatını qurtaran Murat Bozun A.E.-yə tez-tez zəng edib vəziyyətinə nəzarət etdiyi deyilir.
A.S.