Bakının AZAL və “İnter” klublarının sabiq futbolçusu Enyo Krastovçev bolqar KİV-ə verdiyi müsahibəsində Azərbaycanda keçirdiyi mövsümdən danışıb.
Oxu.Az bu barədə 1news.az-a istinadən xəbər verir.
“Levski”dən getdikdən sonra yarım il komandasız qalıb. Buna görə artıq çəki yığdım və formada deyildim. Buna baxmayaraq, AZAL-ın təlimlərinə getdim və onlarla müqavilə imzaladım, çünki yoxlama matçında qol vura bildim. Daha sonra “İnter” klubuna keçdim, orada yarım il keçirdim. Maliyyə baxımından hər şey yaxşı olardı, mənə yaxşı pul verirdilər. Düşünürəm ki, bu rəhbərliyin alkoqol və rejimə riayət etməməklə əlaqədar cəza vermədiyi yeganə çempionat idi. Futbolçulara qarşı cərimə və ya başqa bir şey yox idi”, - Krastovçev topsport.bg verdiyi müsahibəsində deyib.
Qeyd etmək lazımdır ki, Krastovçev Azərbaycanda 2009-2011 və 2011-2012-ci illərdə oynayıb.
N.O.
www.oxu.az