Məşhur italiyalı müğənni yüzlərlə pərəstişkarının gözü qarşısında səhnədə vəfat edib.
Oxu.Az xəbər verir ki, Giuseppe Mango verdiyi konsert zamanı səhnədə infarkt keçirib. 60 yaşlı müğənni pərəstişkarlarından üzr istəyərək yerə yıxılıb və dünyasını dəyişib.
Onun 70 yaşlı qardaşı Giovanni Mango qardaşının qəfil ölümündən təsirlənərək səhəri gün vəfat edib.