Azərbaycanın Tərtər rayon sakini minaya düşüb.
Oxu.Az xəbər verir ki, Tərtər Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə təmas xəttinə yaxın, Həsən Qaya adlanan ərazidə qeydə alınıb.
Laçın rayonundan olan məcburi köçkün, 1973-cü il təvəllüdlü Ramin Baloğlan oğlu Şaluxov qoyun otararkən minaya düşüb.
Nəticədə o, hadisə yerindəcə dünyasını dəyişib.
E.Ə.
www.oxu.az